- Baxış sayı: 116
- 13 Sentyabr 2026 22:22
- Baxış sayı: 116
- Sentyabr 13, 2026
- 0

Sentyabrın 12-də Səudiyyə Ərəbistanının Taif şəhərində İslam həmrəyliyi idman assosiasiyasının 15-ci baş assambleyası keçirilib.
Allsport.az saytı xəbər verir ki, tədbirdə MOK-un və İHİA-in vitse-prezidenti Çingiz Hüseynzadə icraiyyə komitəsində fədakar xidməti, dəyərli töhfəsi, eləcə də rəhbərliyi və sadiqliyi ilə assosiasiyanın işinin irəliləməsinə, bütün İslam aləmində həmrəyliyin, əməkdaşlığın və idmanın inkişafının təşviq edilməsinə göstərdiyi xidmətlərə görə Təşəkkürnamə ilə təltif olunub.
O, 2017-ci il İslam həmrəyliyi oyunlarının təşkilat komitəsinin üzvü olub.