“ABŞ-də yeməklərin geni dəyişdirilib”. Putinin şərəfinə adını dəyişdirən amerikalı boksçu

Amerikalı boksçu Kevin Conson ABŞ-də yeməkləri sərt şəkildə tənqid edib. Allsport.az saytı xəbər verir ki, avqustun əvvəlində o, Rusiya prezidenti Vladimir Putinin şərəfinə adını dəyişdiyini bəyan edib. Sitat:

“Bu sadədir: qadınlar, yeməklər, mədəniyyət. Anlamalı olduğunuz bir şey var. Bir gün anamı görmək üçün Amerikaya qayıdacağam. Mən anamı sevirəm.

O, həmişə ürəyimdədir. Amma orada nə yeyəcəyəm? Oradakı yeməklərin hamısı geni dəyişdirilib, toyuq real deyil! Mən nə yeyəcəm? Mən fanatikəm! Mən sağlamlıqdan qorxan adamam”.

Həmin kateqoriyadan