Açıq birinciliyin qalibləri

“Baku Fayt Lab” klubunun təşkilatçılığı ilə yeniyetmə boksçuların açıq birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 4 gün davam edən yarışda ölkəmizin şəhər və rayonlarından, eləcə də İraq dövlətindən, ümumilikdə, 20 komandanın tərkibində 100-ə yaxın idmançı qüvvəsini sınayıb.

Gərgin döyüşlərdə Ruslan Qədirov (BFL, 49 kq), Maqsud Xasmedov (BFL, 52 kq), Hüseyn Əbdülhadi (İraq, 56 kq), Mömün Akıl (İraq, 60 kq), Rəşid Həsənov (BFL, 64 kq), Səccad Əli (İraq, 69 kq), Rüfət Nəbiyev (Ağdaş, 75 kq), Abdul Vahab (İraq, 81 kq), Adil Vəliyev (UGİM, 91 kq), Əhməd Əhmədov (BFL, +91 kq) qalib adını qazanıblar.

Həmin kateqoriyadan