- Baxış sayı: 28
- 22 İyun 2026 23:07
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0

AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir, toplantıda premyer liqasının 21-ci turunun oyunlarında baş verən yeganə xoşagəlməz hadisə müzakirə olunub.
“Kəpəz” – AzAL matçının videoyazısını izlədikdən sonra, komitə qonaqların futbolçusu Alamadine Omeqa Robertsin aqressiv hərəkətini aşkarlayıb. Oyunun 64-cü dəqiqəsində rəqib futbolçuya qarşı edilən bu hərəkət legionçunun 3 matçlıq cəzalanmasına səbəb olub. “Təyyarəçilər” 2400 manat cərimələnib.
Hakimlər komitəsinə həvalə edilib ki, qarşılaşmanın referisi Orxan Məmmədov haqqında lazımi ölçü götürüb intizam komitəsini məlumatlandır versin.