AFFA-da azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar

AFFA-nın klubların lisenziyalaşdırılması departamentinin əməkdaşları tərəfindən klublarda çalışan azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər üçün IV onlayn seminar təşkil olunub.

Allsport.az xəbər verir ki, iclasda azarkeşlərlə əlaqələndirici şəxslər üçün hədəf auditoriyası, xarici təşkilatlar, habelə Avropa futbol azarkeşləri (FSE) təşkilatında fan klubların qeydiyyatı və digər mövzular haqqında danışılıb.

Seminar zamanı “Sumqayıt”ın nümayəndəsi Sənan Mirzəyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu haqqında məlumatları digər klub nümayəndələri ilə paylaşıb.

Həmin kateqoriyadan