AFFA-da hakimliyə namizədlər

AFFA-nın hakimlər komitəsində hakim və köməkçi hakim olmaq istəyən şəxslər üçün bir həftəlik kurs keçirilib.

Allsport.az xəbər verir ki, UEFA-nın başlatdığı “Be a Referee” (“Hakim ol”) kampaniyasından yararlanan şəxslər fərdi müsahibəyə dəvət olunub.

İlkin mərhələni uğurla keçən namizədlər daha sonra nəzəri hazırlıq, meydan çalışmaları ilə kursu başa vurublar.

Türkiyəli ekspert Həmzə İş tərəfindən təşkil olunan kursa qadın namizədlərin də marağı yüksək olub. Kursu uğurla tamamlayan namizədlər sabiq FİFA referiləri Ömər Paşayev və Rəhim Həsənovun verdiyi müxtəlif nəzəri təlimlər və fəaliyyətlərlə təhsillərini davam etdirirlər.

Sonrakı mərhələdə oyun qaydaları imtahanını və fiziki testləri uğurla verəcək namizədlər aşağı kateqoriyalı oyunlardan başlayaraq hakimliyə ilk addımlarını atacaqlar.

Həmin kateqoriyadan