AFFA-dan menecerlər üçün təkrar imtahan

AFFA-nın klubların lisenziyalaşdırılması departamentinin təşkilatçılığı ilə klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni və bundan əvvəl baş tutan imtahanda uğursuz nəticə göstərmiş əməkdaşlar üçün onlayn formatda təkrar imtahan keçirilib.

Allsport.az xəbər verir ki, ilk olaraq klubların lisenziyalaşdırılması departamentinin əməkdaşları iştirakçılara imtahanın şərtlərini xatırladıblar.

Menecerlər verilən sualları cavablandırıblar. İmtahandan müvəffəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.

Həmin kateqoriyadan