AFFA-dan onlayn imtahan

Klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni əməkdaşlar üçün imtahan keçirilib.

Allsport.az xəbər verir ki, tədbir assosiasiyanın Klubların Lisenziyalaşdırılması departamentinin təşkilatçılığı ilə baş tutub. Onlayn formatda keçirilən imtahandan əvvəl klubların lisenziyalaşdırılması departamentinin əməkdaşları iştirakçılara şərtləri xatırladıb.

Menecerlər verilən sualları cavablandırıblar. İmtahandan müvəffəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, qaydalara əsasən, lisenziya iddiaçısı olan hər bir klubun lisenziyalaşdırma üzrə meneceri qeyd olunan sertifikata malik olmalıdır.

Həmin kateqoriyadan