AFFA İcraiyyə Komitəsinin yığıncağı keçirilib

Bu gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, saat 19:00-da start götürən toplantıda İK üzvlərindən Kazbek Tuayev, Rauf Əliyev və Firudin Qurbanov iştirak etməyiblər.

Yığıncaq başa çatandan sonra, AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşəcək, ardınca onların məşqini izləyiblər.

Qeyd edək ki, “ay-ulduzlular”ımız hazırda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı San Marino ilə oyuna hazırlaşır.

Həmin kateqoriyadan