AFFA “Neftçi”, “İnter” və “Qarabağ”ı cərimələyib

AFFA “Neftçi”, “İnter” və “Qarabağ”ı cərimələyib

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

Premyer liqanın 3-cü turunun “Neftçi” – “Kəpəz” matçında ev sahibinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində “beynəlmiləlçilər”dən Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində ölkə çempionunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə komanda 1600 manat cərimələnib.

Həmin kateqoriyadan