- Baxış sayı: 98
- 15 Sentyabr 2026 13:56
- Baxış sayı: 76
- Sentyabr 25, 2026
- 0

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə U-17 Avropa çempionatının finalına təyinat alıb. Allsport.az saytı xəbər verir ki, o, iyunun 1-də Fransa və Niderland yığmaları arasında həlledici qarşılaşmada UEFA nümayəndəsi olacaq.
Zaur Hacı-Məhərrəmov daha əvvəl “A” qrupunda Almaniya – Lüksemburq, “B” qrupunda Fransa – Polşa, “D” qrupunda Şotlandiya – Portuqaliya, 1/4 finalda isə Danimarka – Serbiya matçlarında eyni vəzifəni yerinə yetirib.
Final görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.