AFFA prezidentliyinə və icraiyyə komitəsinə namizədlər

Allsport.az xəbər verir ki, qurumun nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, 2024-cü il aprelin 2-də keçiriləcək növbəti hesabat-seçki konfransında AFFA prezidenti və icraiyyə komitəsinin üzvləri seçiləcək.

Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, icraiyyə komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə hesabat-seçki konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır.

Qeyd olunmuş müddət başa çatdıqdan sonra AFFA prezidentliyinə yalnız bir namizəd irəli sürülüb. Bu, SOCAR-ın prezidenti Rövşən Nəcəfdir.

İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülənlər də bəlli olub.

AFFA prezidentliyinə namizəd

1. Rövşən Nəcəf – peşəkar futbol liqası ictimai birliyi vasitəsi ilə “Neftçi” PFK tərəfindən

AFFA icraiyyə komitəsi üzvlüyünə namizədlər

Peşəkar futbol liqası ictimai birliyi – 5 yer
1. Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən
2. Fərid Mansurov – peşəkar futbol liqası ictimai birliyi tərəfindən
3. Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
5. Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən

Regional futbol federasiyaları ictimai birliyi – 3 yer
1. Elşad Nəsirov – qərb regional futbol federasiyası ictimai birliyi tərəfindən
2. Balakişi Qasımov – şimal regional futbol federasiyası ictimai birliyi tərəfindən
3. Sərxan Hacıyev – regional futbol federasiyası ictimai birliyi tərəfindən

İctimai futbol təşkilatları ictimai birliyi – 2 yer
1. Könül Mehtiyeva – ictimai futbol təşkilatları ictimai birliyi tərəfindən
2. Zaur Axundov – ümumazərbaycan futbolsevərlərin ictimai birliyi tərəfindən

Sahə futbol federasiyaları ictimai birliyi – 2 yer
1. Ülvi Mansurov – Azərbaycan futzal federasiyası tərəfindən
2. Leyla Xəlilova – Azərbaycan tələbə futbol federasiyası tərəfindən

Həmin kateqoriyadan