AFFA rəsmiləri UEFA-nın seminarında

UEFA oyun qaydaları ilə bağlı növbəti seminar təşkil edib.

Allsport.az xəbər verir ki, AFFA-nın hakimlər komitəsinin sədri Barış Şimşek və hakimlər departamentinin fitnes məşqçisi Namiq Quliyev tədbirdə iştirak edirlər.

Texniki təlimatçılar üçün keçirilən kurslar martın 12-dən 13-dək baş tutacaq. Seminarda “Oyun qaydalarının vahid və ardıcıl yozumuna və tətbiqinə nail olmaq”, “UEFA-nın yeni tədris materiallarını qəbul etmək və onlarla tanış olmaq”, həmçinin “UEFA hakim təlimatçıları şəbəkəsini gücləndirməyə davam etmək” mövzularına üstünlük verilib.

Kursun proqramı üç əsas hissədən ibarətdir: UEFA-nın yeni tədris materialının təqdimatı, ölkədaxili yarışların iştirakçıları tərəfindən videokliplərin müzakirəsi, VAR spesifik mövzularının müzakirəsi

Fitnes məşqçilər üçün də təşkil olunan kursun proqram və məqsədləri də bəllidir. Seminarda fitnes testi prosedurlarının nəzərdən keçirilməsi və yenilənməsi, Hakim Konvensiyasının Yeniləmələri, Avro-2024 üçün fiziki gözləntilər, “chatgpt” istifadə etməyin müsbət və mənfi cəhətləri, inteqrasiya edilmiş hakim təlim sessiyaları, UEFA20 nümayişləri haqqında yenilik, həmçinin Avropa üzrə hakim fitnes təlimatçıları ilə “ən yaxşı təcrübələri”nin paylaşılması nəzərdə tutulub.

Həmin kateqoriyadan