AFFA rəsmisi Niderlandda

AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Allsport.az xəbər verir ki, təmsilçimiz 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində iş başında olacaq.

O, Niderlandda təşkil olunacaq “A” liqasının 5-ci qrupunun oyunlarında UEFA nümayəndəsi Zümrüd Ağayeva olacaq. Bu matçlar martın 14-dən 20-dək keçiriləcək.

Qeyd edək ki, bu qrupda İspaniya, Niderland, Ukrayna və Türkiyə yığmaları mübarizə aparacaqlar.

Həmin kateqoriyadan