Ağacan Abiyev: İndiyədək belə yüksək nəticələrimiz olmamışdı

Bu gün Gənclər və İdman Nazirliyində cüdo, güləş və boks üzrə dünya çempionatlarında medal qazanan milli komandalarımızın üzvləri ilə görüş keçirildi.

Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən ABF-in 1-ci vitse-prezidenti Ağacan Abiyev idmançılarımızın davamlı olaraq beynəlxalq yarışlarda yüksək nəticələr göstərdiklərini dedi, indiyədək belə yüksək nəticələrin qazanılmadığını vurğuladı.

Nailiyyətlərin ildən-ilə artdığını qeyd edən dünyaca məşhur mütəxəsis, ilk dəfə Azərbaycan idmançısının boksda 3-qat dünya çempionu olduğunu söylədi. Millət vəkili əlavə etdi ki, Rövşən Hüseynovla başlanan bu uğurlu yolu Ağası Məmmədov, sonra Məhəmmədrəsul Məcidov, Cavid Cələbiyev və Elvin Məmişzadə davam etdiriblər.

Həmin kateqoriyadan