- Baxış sayı: 44
- 10 Avqust 2026 19:49
- Baxış sayı: 227
- Avqust 12, 2026
- 0

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçuların “Millətlər kuboku”na yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışda 3 qızıl və 2 gümüş medal qazanıb.
Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi yığmanın heyətində Bilal Nəzərov (46 kq), Tağı Nəsibov (50 kq) və Məhəmmədəli Qasımzadə (57 kq) bütün rəqiblərindən güclü olublar.
Faiq Mollayev (46 kq) ilə Məhəmmədəli Aşırəliyev (54 kq) gümüş medalla kifayətləniblər.