- Baxış sayı: 37
- 24 Sentyabr 2026 11:54
- Baxış sayı: 193
- Sentyabr 23, 2026
- 0

“Çelsi” və “Lans”ın sabiq müdafiəçisi Malanq Sarr yayda keçmiş agentinin göstərişi ilə hücuma məruz qalıb.
Allsport.az xəbər verir ki, hadisə iyulun sonunda Səudiyyə Ərəbistanının “Neom” klubunun İspaniyanın Marbella şəhərində keçirdiyi təlim-məşq toplanışı zamanı baş verib. Sarr yayda azad agent kimi bu komandaya keçib.
Məlumata görə, naməlum şəxslər otelin ərazisinə daxil olaraq komandanın şam yeməyi zamanı 27 yaşlı futbolçunu zorla restorandan çıxarıb bara aparıblar. Hücum edənlər yolda Sarrın üzünə də zərbə vurublar. Müdafiəçi bu versiyanı təkzib etsə də, hadisə şahidlərinin ifadələri bunu təsdiqləyir.
Münaqişənin səbəbi isə pul olub. Sarr “Neom”la ümumi dəyəri təxminən 15 milyon avro olan müqaviləni agentlərin iştirakı olmadan özü imzalayıb. Komissiya əldə etməyi gözləyən agentlərdən biri isə futbolçunun onu aldatdığını düşünərək Sarrla “hesablaşmaq” üçün öz adamlarını göndərib.
Təzyiqlərə baxmayaraq, Sarr hər hansı kompensasiya ödəməkdən imtina edib. Bundan sonra hücum edənlər futbolçunu sərbəst buraxaraq polisin gəlişindən əvvəl ərazidən uzaqlaşıblar.
Hadisə ilə bağlı araşdırma davam edir.