Aleksandr Səmədov: Azərbaycan millisi dünya çempionatına çıxmaq gücündədir

Rusiya millisinin əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədov “ay-ulduzlular”ımızın DÇ-2018-in seçmə mərhələsində çıxışını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, “Sovetski sport” qəzetinə müsahibəsində o, komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağa qadir olduğunu bildirib:

“Azərbaycan yığmasının çıxışını izləyirəm. Cari seçmə mərhələdə pis oynamırlar. Eşitdiyimə görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yeni komandada hər şey yaxşı gedir. Azərbaycan millisinin yarış cədvəlində vəziyyətini nəzərə alsaq, final mərhələsinə çıxmaq gücündədir”.

Həmin kateqoriyadan