Alina Hacıyeva Macarıstanda finala yüksəldi

Macarıstanın Kestxey şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyi davam edir. Allsport.az xəbər verir ki, +80 kq çəki dərəcəsində çıxış edən Alina Hacıyeva yarımfinalda macarıstanlı Ester Bençzeni texniki nokautla məğlub edib.

Milli komandamızın üzvü finalda rusiyalı Mariya Şişmareyeva ilə qarşılaşacaq. Şişmareyeva yarımfinalda polşalı Aqata Katzmarska üzərində qələbə qazanıb.

Final qarşılaşması avqustun 22-də keçiriləcək.

Həmin kateqoriyadan