Alina Hacıyeva Macarıstanda gümüş medala sahib çıxdı

Alina Hacıyeva Macarıstanda gümüş medala sahib çıxdı

Macarıstanın Kestxey şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub. Rekord.az xəbər verir ki, komandamız yarışda 1 gümüş medala layiq görülüb.

+81 kq çəki dərəcəsində çıxış edən Alina Hacıyeva yalnız finalda Rusiya boksçusu Mariya Şişmareyevaya uduzaraq, 2-ci yerə sahib olub.

Qeyd edək ki, digər 3 boksçumuz yarışı mükafatsız başa vurub.

Həmin kateqoriyadan