Allsport.az portalının təsisçisi İlin idman jurnalisti seçilib

Azərbaycan idman jurnalistləri assosiasiyası ilin idman laureatlarının adlarını açıqlayıb. Allsport.az xəbər verir ki, fərqlənənlər sırasında saytımızın təsisçisi və baş redaktoru Kamran HACI da var.

AİJA İdman mükafatları – 2022

XÜSUSİ MÜKAFAT – MİLLİ OLİMPİYA KOMİTƏSİ
30 illik fəaliyyəti dövründə Azərbaycan idmanının dünya Olimpiya hərəkatının öncüllərindən birinə çevrilməsindəki xidmətlərinə görə

TƏŞƏKKÜRNAMƏ – TOVUZ GƏNCLƏR EVİ
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının fəaliyyətinə verdiyi dəstəyə, Azərbaycan Gənclər Paytaxtı adını doğrultduğuna,
gənclər və idman siyasətinin həyata keçirilməsindəki töhfəyə görə

İLİN İDMAN ADAMI
Mikayıl Cabbarov (Azərbaycan Güləş Federasiyasının prezidenti)
Orxan Məmmədov (Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti)
Balakişi Qasımov (Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti)

İLİN FUTBOL ADAMI
Əmrah Çəlikəl (“Qarabağ” FK-nın direktoru)

İLİN İDMANÇISI

Kişilər
Eldəniz Əzizli – güləş (Dünya və Avropa çempionatlarının, İslam Həmrəyliyi Oyunlarının qalibi)
Hidayət Heydərov – cüdo (Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, üç “Böyük dəbilqə” turnirinin qalibi)
Bəhram Rəcəbzadə – kikboks (Dünya Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qalibi)

Qadınlar
Anna Başta – qılıncoynatma (Dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionatının, Dünya Kubokunun və Qran-prinin qalibi)
Günay Məmmədzadə – şahmat (Azərbaycan qadın şahmatı tarixində ilk dəfə FIDE Qran-Prisinin qalibi və Avropa çempionatının gümüş mükafatçısı)
Nigar Nəsirova – atıcılıq (Dünya çempionatının bürünc mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi)

İLİN GƏNC İDMANÇISI

Oğlanlar
Həsrət Cəfərov – yunan-Roma güləşi (Böyüklər arasında dünya və Avropa çempionatlarının mükafatçısı)
Cavad Ağayev – taekvondo (Böyüklər arasında dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının və İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı)
Abdulla Qədimbəyli – şahmat (Gənclər arasında dünya çempionu)

Qızlar
Ruzanna Məmmədova – güləş (Yeniyetmələr arasında dünya və Avropa çempionu)
Gövhər Beydullayeva – şahmat (Gənclər arasında dünya çempionu)
Fidan Əlizadə – cüdo (Avropa çempionu, Gənclərin Avropa Olimpiya Festivalının və Avropa Kubokunun qalibi)

İLİN KOMANDASI
Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası (Avropa çempionu, dünya çempionatı və Kubokunun gümüş mükafatçısı)
Minifutbol üzrə milli komandası (Avropa çempionatının qalibi)
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (Dünya çempionatının bürünc mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi)

İLİN KLUBU
“Qarabağ” Futbol Klubu

İLİN MƏŞQÇİSİ
Qurban Qurbanov (“Qarabağ” FK)
Aleksandr Tarakanov (yunan-Roma güləşi)

İLİN HAKİMİ
Əliyar Ağayev (futbol)
Sədi Quliyev (güləş)

İLİN FUTBOLÇUSU – Ramil Şeydayev (“Qarabağ” FK)
İLİN GƏNC FUTBOLÇUSU – Musa Qurbanlı (“Qarabağ” FK)
İLİN LEGİONÇUSU – Renat Dadaşov (“Qrasshopper”, İsveçrə)
İLİN ƏCNƏBİ FUTBOLÇUSU – Kadi Malinovski Borges (“Qarabağ” FK) 

İLİN İDMAN JURNALİSTİ

Televiziya üzrə
Tural Xudiyev (Space TV)
Mehman Rəsulov (Real TV)
Elnur Əliyev (İTV)

Radio üzrə
Elşən Həmzəyev (ASAN Radio)
Əhməd Əliyev (İctimai Radio)
Rüfət Nadirli (Xəzər FM)

Multimedia üzrə – İlkin Fikrətoğlu
Xarici mediadakı yazılarına görə – Rasim Mövsümzadə
Qəzetlər üzrə – İlkin Sultanlı (“Futbol+”)

İdman saytları üzrə
Kamran Hacı (Allsport.az)
Faiq Tahirov (Futbolpress.az)
Daşqın Əziz (Offsideplus.az)

İctimai siyasi saytlar üzrə
Ruslan Sadıqov (Report.az)
Elsevər Məmmədov (Qafqazinfo.az)
Səbuhi Musa (Oxu.az)

Xarici dilli media üzrə
Ruslan Mikayıllı (Azerisport.com)
Teymur Maksutov (1news.az)
Zəki Feyzullayev (Azerisport.com)

İLİN GUŞƏ YAZARI
Natiq Muxtarlı
Aydın Bağırov
Amal Abuşov

İLİN TELEVİZİYA APARICISI
Ceyhun Rzayev (ATV)
Fərid Ramazanov (İdman)
Rəfiqə Əzizova (CBC Sport)

İLİN İDMAN ŞƏRHÇİSİ
Siyavuş Əliyev (İdman TV)
Elnur Məmmədli (CBC Sport)
Tural Dadaşov (İTV)

İLİN İDMAN EKSPERTİ
Rəhim Əliyev
Səbuhi Səfiyarlı
Emin Abbasov

İLİN FOTOQRAFI
Dilavər Nəcəfov
Firudin Səlimov
Valeri Xlızov

İLİN İDMAN VERİLİŞİ – Futbolumuz (ATV)
İLİN İNFORMASİYA AGENTLİYİ – AzərTAC
İLİN TELEKANALI – İTV
İLİN RADİOSU – İctimai radio

İLİN QƏZETİ

İdman qəzetləri üzrə – “Futbol+”
İctimai-siyasi qəzetlər üzrə – “525-ci qəzet”

İLİN İNTERNET SAYTI

İdman saytları üzrə – Futbolpress.az, Fanat.az, Sportinfo.az
İctimai-siyasi saytlar üzrə – Report.az, Qafqazinfo.az, Oxu.az

İLİN MƏTBUAT KATİBİ

Qurumlar üzrə
Sənan Abdullayev (Peşəkar Futbol Liqası)
Vamiq Nəsirov (AMADA)
Günay Malikqızı (Milli Olimpiya Komitəsi)

Federasiyalar üzrə
Sərxan Musalı – Azərbaycan Güləş Federasiyası
Sənan Əliyev  – Azərbaycan Basketbol Federasiyası
Sərxan İbrahimoğlu – Azərbaycan Minifutbol Federasiyası

Futbol klubları üzrə
Gündüz Abbaszadə – “Qarabağ” Futbol Klubu
Süleyman Tağıyev “Turan-Tovuz” Futbol Klubu
Rüstəm Allahverdiyev – “Neftçi” Peşəkar Futbol Klubu

Həmin kateqoriyadan