- Baxış sayı: 87
- 14 Sentyabr 2026 20:27
- Baxış sayı: 231
- Sentyabr 13, 2026
- 0

Sentyabrın 15-də Azərbaycan idman akademiyasına (ASA) yeni qəbul olunmuş tələbələrlə görüş keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, ASA-nın rektoru Fuad Hacıyev və prorektoru Ülkər Babayeva iştirak ediblər.
Görüş Azərbaycan respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Fərid Qayıbov, Fuad Hacıyev və Ülkər Babayeva çıxış edərək yeni tələbələrə uğurlar arzulayıblar.
Daha sonra akademiyanın əvvəlki illərdə məzunu olmuş mütəxəssislərin tələbələrə ünvanladıqları videotəbriklər nümayiş etdirilib. Ardınca akademiyaya yüksək balla qəbul olmuş bakalavr və magistratura pilləsində təhsil alan gənclər çıxış ediblər.
Tədbirin sonunda yüksək nəticə göstərərək akademiyaya qəbul olan bakalavr Məcid Məmmədəliyevə (602,4 bal) və magistr Rəvan Səmədova (72,5 bal) tələbə vəsiqələri Fərid Qayıbov və Fuad Hacıyev tərəfindən təqdim olunub.