- Baxış sayı: 36
- 25 Sentyabr 2026 23:20
- Baxış sayı: 70
- Sentyabr 25, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın idman naziri Zoran Qayiçi qəbul edib.
Allsport.az xəbər verir ki, görüşdə Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, Serbiya respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviç də iştirak ediblər.