- Baxış sayı: 134
- 07 Avqust 2026 21:22
- Baxış sayı: 9
- Sentyabr 01, 2026
- 0

Azərbaycanın “Sport Akkord” ilə əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunub.
Allsport.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov şirkətin prezidenti Uğur Ərdənəri qəbul edib.
Görüşdə Azərbaycanda beynəlxalq idman tədbirlərinin təşkili, ölkəmizin “Sport Akkord” ilə əməkdaşlığının inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin gələn il Bakıda keçiriləcək “Sport Akkord vorld sport & business summit”ə hazırlıq məsələləri, tədbirin yüksək səviyyədə təşkili və qarşıdakı dövrdə görüləcək işlər müzakirə edilib.
Görüşdə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, Bakı şəhər halqası əməliyyat şirkətinin icraçı direktoru Maqsud Fərzullayev və “Sport Akkord”un icraçı direktoru Kelli Firvezer də iştirak ediblər.