- Baxış sayı: 23
- 23 Aprel 2024 20:00
- Baxış sayı: 64
- Aprel 23, 2024
- 0
Almaniya Futbol İttifaqının intizam komitəsi millimizin futbolçusunu Dimitri Nəzərovu cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, “Ersgebirge”nin yarımdüfiəçisi 3 oyunluq diskvalifikasiya edib.
Buna səbəb, onun 2-ci Bundesliqanın 11-ci turunda “Yan Regensburq”la matçın 20-ci dəqiqəsində topu bilərkdən rəqib futbolçunun üzünə vurmasıdır. Həmin məqamda millimizin üzvü birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
İntizam komitəsi Dimaya verdiyi cəza ilə yanaşı, onun klubunu 3 min avro cərimələyib. Aue klubunun rəsmi saytına açıqlama verən orta xətt oyunçusu baş verənlərə təəssüfünü bildirib: “Özümü saxlaya bilmədim, bu cür davranmamalı idim. Komandama zərər vurdum. Hər kəsdən üzr istəyirəm”.