AMADA-nın təcrübəsi milli olimpiya komitələrinə nümunə göstərilib

Beynəlxalq test agentliyi (ITA) Paris-2024 yay olimpiya oyunları öncəsi milli olimpiya komitələri üçün təmiz idman üzrə təlimat dərc edib.

Allsport.az xəbər verir ki, təlimat beynəlxalq olimpiya komitəsinin tərəfdaşlığı, ümumdünya antidopinq agentliyinin (WADA) isə dəstəyi ilə hazırlanıb.

Təlimatda ITA 6 ölkənin və 1 regional təşkilatın təcrübəsindən yararlanıb. Həmin təşkilatlar arasında Azərbaycan milli antidopinq agentliyi (AMADA) də yer alıb.

Təlimatda AMADA-nın təhsil şöbəsinin fəaliyyətinə geniş yer verilib. Belə ki, AMADA-nın təhsil proqramlarının WADA-nın tələblərinə uyğun şəkildə təşkili, düzgün maarifləndirmə siyasətinin aparılması, dopinqin zərərlərinin idman ictimaiyyətinə dolğun və düzgün çatdırılması milli olimpiya komitələrinə nümunə kimi göstərilib.

Həmçinin təlimatda AMADA-nın təhsil üzrə proqramlarından hazırlanmış videoçarxlar da əyani surətdə təqdim olunub.

Həmin kateqoriyadan