AMADA rəhbərliyi “İş mağazası”nda

İsveçrədə milli antidopinq təşkilatları institutunun (iNADO) cari il üçün “İş mağazası” təşkil olunub.

Allsport.az xəbər verir ki, Lozanna universitetində keçirilən tədbirdə Azərbaycan milli antidopinq agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Qlobal antidopinq səylərinin inkişafına yönəlmiş tədbirin plenar sessiyalarında idmançının bioloji pasportu, onun tarixi konteksti və son nailiyyətləri müzakirə olunub. Həmçinin idmançıların rifahı, EPO test strategiyaları, hüquqi aspektlər, testetmə, qeyri-ixtiyari dopinq, təhsil və Paris-2024 yay olimpiya oyunlarına hazırlıq barədə də fikir mübadiləsi aparılıb.

Tədbirin gündəliyinə dərman vasitələrinin elektron yoxlanış alətləri, məlumat toplanması və təhqiqat üsullarının hazırlanması kimi mövzular da daxil edilib.

Habelə tədbir maraqlı tərəflər üçün fikir mübadiləsi aparmaq, təmiz idmanın və dopinqlə mübarizənin təşviqində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli fürsətlər yaradıb.

Həmin kateqoriyadan