Amil Yunanovdan yubiley qolu

“Sumqayıt”ın tarixində ən məhsuldar futbolçu olan Amil Yunanov yubiley qolu vurub. Allsport.az saytı xəbər verir ki, hücumçu “kimyaçılar”ın heyətində 25-ci dəfə fətrləni  Bu, 18-ci turun “Qarabağ”la görüşünə (1:1) təsadüf edib.

Matçda hesabı açan Amil “Sumqayıt”ın heyətində 65-ci matçda 25-ci dəfə fərqlənib. O,  2015/16 mövsümündə 12, 2016/17 mövsümündə 6, cari çempionatda isə 8 dəfə qol sevinci yaşayıb. Futbolçunun orta məhsuldarlığı 0,38-ə bərabərdir.

Qeyd edək ki, ümumilikdə, 25 yaşlı forvard premyer liqada  26 qol vurub. O, ilk qolunu 2011/12 mövsümündə “Qəbələ”nin heyətində rəqib qapısından keçirib.

Həmin kateqoriyadan