- Baxış sayı: 39
- 24 Sentyabr 2026 15:04
- Baxış sayı: 208
- Sentyabr 23, 2026
- 0

Mövsümün ilk yarısını “Səbail”də keçirən Amit Quluzadənin yeni klubu bilinib. Allsport.az saytı xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Kosovoda davam etdirəcək. O, bu ölkənin “Drita” klubuna keçib. Həmyerlimiz 15 nömrəli futbol geyimində çıxış edəcək.
Amit Quluzadə daha öncələr Azərbaycanda “Neftçi”, “Sumqayıt”, “Qəbələ”, “Rəvan”da çıxış edib; ölkə dışında “Kayseri Erciyesspor” (Türkiyə), Atletiko” (Portuqaliya) və AEL (Yunanıstan) komandalarında legionçu olub.