Amit Quluzadə “Səbail”dən getdi

Amit Quluzadə qış fasiləsindən sonra “Səbail”də çıxış etməyəcək. Allsport.az saytı xəbər verir ki, qarşılıqlı anlaşmaya əsasən müqaviləyə vaxtından əvvəl xitam verilib.

Yarımmüdafiəçi azad agent statusu əldə edib. O, karyerasında “Neftçi”, “Ərciyəsspor” (Türkiyə), “Rəvan”, “Qəbələ”, “Atletiko” (Portuqaliya), “Sumqayıt”, AEL (Yunanıstan) klublarında oynayıb.

“Aslanlar” bir neçə gün öncə litvalı müdafiəçi Edqaras Jarskislə də yolunu ayırmışdı.

Həmin kateqoriyadan