“Amkar”ın futbolçusu “Qarabağ”da baxışdadır

Ölkə çempionu Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün “Qarabağ”ın heyətinə yeni futbolçu qoşulub. Rusiyanın “Amkar” (Perm) komandasının yetirməsi olan Rinat Hüseynov baxışa dəvət edilib.

Yoxlama oyunlarında sınanıldıqdan sonra məşqçilər heyətinin rəyinə əsasən futbolçu haqda son qərar veriləcək. 20 yaşlı futbolçu mərkəz müdafiəçisidir. 189 sm boya malikdir.

O, cari mövsüm “Amkar”ın gənclər komandasında 16 oyuna çıxıb və 2 qolla yadda qalıb. Qeyd edək ki, həmyerlimiz 21 yaşlılardan ibarət milli komandamızın da üzvüdür.

Həmin kateqoriyadan