- Baxış sayı: 33
- 22 İyun 2026 15:42
- Baxış sayı: 51
- İyun 23, 2026
- 0

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.
Allsport.az xəbər verir ki, yarışa 6 idmançı ilə qatılan Azərbaycan yığmasının hər bir üzvü fəxri kürsüyə yüksəlib.
Yığmanın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medal qazanıb. Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc mükafata yiyələniblər.
Komandamız fevralın 10-da Bakıya qayıdacaq.