Ansi Aqolli: “İndi yaxşı hazırlaşıb mövsümü uğurlu tamamlamalıyıq”

“Qarabağ” klubu Antalyada təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandanın müdafiəçisi Ansi Aqolli qarabagh.com-a açıqlamasında toplanış haqda fikrini bildirib:

“Bu mövsüm bizim üçün uğurlu oldu, indi isə qarşıdakı oyunlar haqda düşünürük. Qış təlim – məşq toplanışını yaxşı dəyərləndirib mövsümün sonuna qədər komandamız üçün ən yaxşısını etməyə çalışacağıq.

Ağır ili geridə qoyduq, həm “Qarabağ”da, həm də milli komandada çox oyunlar keçirdik. Sonra istirahət tam yerinə düşdü. İndi yaxşı hazırlaşıb mövsümü uğurlu tamamlamalıyıq. Hazırda da komandada əhval-ruhiyyə əladır. İstirahətdən qayıdandan sonra hər kəs özünü yaxşı hiss edir”.

Həmin kateqoriyadan