Ansi Aqolli: ““Neftçi” hər zaman “Neftçi”dir“

Premyer liqanın 15-ci turunda “Qarabağ” öz meydanında “Neftçi” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, ev sahibinin futbolçusu Ansi Aqolli qarşılaşmada haqda fikrini qarabagh.com-a bildirib:

“Qış fasiləsindən sonra çempionatın ilk oyunudur. Bu baxımdan fərqli qarşılaşma olacaq. Oyuna yaxşı hazırlaşmışıq, bu qarşılaşmada qələbə qazanmağa çalışacağıq.

“Neftçi” hər zaman “Neftçi”dir, heyətini qış fasiləsində daha da gücləndirib. Bizi ciddi oyun və çətin mübarizə gözləyir. Bizə lazım olan nəticəni qazanmaq üçün meydana çıxacağıq”.

Xatırladaq ki, “Azersun arena”da baş tutacaq görüş saat 17:30-da başlayacaq.

Həmin kateqoriyadan