Aqil Məmmədov “kimyagər” olub

Bu gün “Sumqayıt” futbol akademiyasının yeni mövsüm üçün iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda klubun idman direktoru Zamiq Hüseynov və əsas komandanın baş məşqçisi Nazim Süleymanov da iştirak ediblər.

Öncə akademiyanın baş koordinatoru vəzifəsinə təyin edilən Aqil Məmmədov məşqçi heyətinə təqdim olunub. Sonra növbəti mövsüm üçün akademiyanın iş prinsipi müəyyənləşdirilib, məşqçilərin fikir və təklifləri dinlənilib.

Qeyd edək ki, “Sumqayıt”ın akademiyasına məşqçi təyinatları haqqında isə yaxın günlərdə məlumat veriləcək.

Həmin kateqoriyadan