Araz Əhmədov media komitəsinin idarə heyətinə yeni sədr müavini seçilib

AFFA-nın konfrans salonunda bu qurumun yanında media komitəsinin idarə heyətinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Mahir Rüstəmli, İlqar Tağıyev, Araz Əhmədov, Vüqar Xeyrullayev, Ruslan Mikayıllı, Rüstəm Piriyev və təşkilatla AFFA arasında əlaqələndirici Firuz Abdulla iştirak edib.

Yığıncaqda əsasən cari məsələlər müzakirə olunub. Sədr müavini İlqar Tağıyev vəzifəsindən istefa verdiyini bildirib. Onun istəyi yerinə yetirilib və Araz Əhmədov sədr müavini seçilib.

Həmin kateqoriyadan