- Baxış sayı: 51
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Kipr 1-ci divizionunda 20-ci turun oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Anortosis” səfərdə əsas rəqiblərindən olan Limassol “Apollon”u ilə qarşılaşıb.
Bu görüşdə tərəflər heç-heçə edib (1:1). Baxmayaraq ki, həmyerlimizin komandası ilk hissədə vurduğu qolla hesabda öndə olub. Azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.
Famaqusta təmsilçisi 41 xalla 14 iştirakçı arasında 3-cüdür.