“Araz” bu komandalarla qarşılaşmayacaq

İyulun 7-si saat 17:00-da çempionlar liqasının ilkin mərhələsinin püşkü atılacaq. Allsport.az xəbər verir ki, bu yarışdakı təmsilçimiz “Araz-Naxçıvan” 5-ci səbətdə yer alsa da, öz qrupunun birinci komandası olacaq.

Ölkə çempionu bu mərhələdə Luxol St. Andreus Futsal (Malta), Veilimdorf (Almaniya), APOEL (Kipr), JB Futsal Gentofte (Danimarka), Haladas VSE (Macarıstan), Futsal Mineva (İsveçrə) və KMF FON (Serbiya) komandaları ilə qarşılaşmayacaq. Çünki həmin klublar da öz qruplarında birinci mövqedə qərarlaşacaqlar.

Həmin kateqoriyadan