“Araz-Naxçıvan”da yeni qapıçı

“Araz-Naxçıvan” heyətini yeni qapıçı ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, yüksək liqanın öncülü Dmitri Bondarevlə anlaşıb. Rusiyalı qapıçı yeni komandasında mövsümün sonuna qədər iştirak edəcək.

1993-cü il təvəllüdlü Bondarev Rusiyanın Yüksək Liqasında iştirak etmiş “Spartak-Donetsk” klubunda çıxış edib. Rostov təmsilçisi çempionatda çıxışı dayandırdığına görə, klubun bütün oyunçularına azad agent statusu verilib.

Qapıçı “Baku Fire”lə oyunda debüt edəcək. “Araz-Naxçıvan”ın əsas qapıçısı Rövşən Hüseynli martda Rusiyanın superliqasında iştirak edən “Torpedo” klubuna transfer olunub.

Həmin kateqoriyadan