Argentina futbolunda yeni səhifə

Argentina futbolunda yeni səhifə

Argentinada daxili yarışlar sistemi daha bir irimiqyaslı kubok turniri ilə zənginləşib.

Allsport.az xəbər verir ki, ölkənin futbol rəhbərliyi yerli arenada ən güclü klubu müəyyənləşdirmək məqsədilə kubok qalibləri kuboku adlı yeni çempionatın təsis olunduğunu elan edib.

Yeni ideya Argentina futbolu üçün ənənəvi sayılan mürəkkəb və şaxələnmiş seçmə sistemi ilə diqqət çəkir. Reqlamentə əsasən, Apertura və Klausura çempionları əvvəlcə çempionlar kuboku uğrunda üz-üzə gələcəklər. Bu qarşılaşmanın qalibi eyni vaxtda iki daha yüksək statuslu yarışa, yəni Argentina superkubokuna və beynəlxalq superkuboka vəsiqə əldə edəcək.

Paralel olaraq, Argentina kubokunun sahibi birbaşa Argentina superkubokuna vəsiqə qazandığı halda, mövsümün ümumi illik cədvəlinin qalibi beynəlxalq superkuboka yollanacaq.

Bütün bu mərhələlərin yekun nöqtəsi isə yeni yaradılmış kubok qalibləri kuboku olacaq.

Həmin kateqoriyadan