Arif Əsədov: “Biz oyuna yaxşı köklənmişdik”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Heyətdə problemlər vardı. Son vaxtlar həm də sıx qrafikdə oynayırıq. Bütün bunlara görə yorğunluq vardı. Amma istənilən halda biz oyuna yaxşı köklənmişdik. Matça yaxşı başladıq, qol vurduq və davamını da gətirdik. Cavab qarşılaşması öncəsi yekun qələbə üçün yaxşı zəmin formalaşdırdıq. Oyunçularıma demişəm ki, arxayınlaşmaq olmaz. Qarşıdakı vacib oyunlara hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan