- Baxış sayı: 44
- 08 Oktyabr 2026 23:58
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

“Arsenal” futbolçusu Deklan Raysla müqaviləni uzatmaq istəyir.
Allsport.az xəbər verir ki, London klubu ingiltərəli yarımmüdafiəçi ilə danışıqlara başlayıb.
“Arsenal” Raysın həftəlik 240 min funt sterlinq maaşını artırmağı vəd edib. Klub ona 340 min funt sterlinq məvacib ödəməyə hazırdır.
Rays özü də “topçular”da qalmağa müsbət yanaşır.
Yarımmüdafiəçi 2023-cü ildən “Arsenal”da çıxış edir. O, ötən mövsüm komanda ilə premyer liqanın qalibi olub.