- Baxış sayı: 30
- 25 Sentyabr 2026 23:44
- Baxış sayı: 70
- Sentyabr 25, 2026
- 0

“Sportinq”in müdafiəçisi İvan Fresneda karyerasını İngiltərə premyer liqasında davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Arsenal” ispaniyalı futbolçunu transfer etmək istəyir.
İngiltərə çempionu Fresneda üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır. 21 yaşlı sağ cinah müdafiəçisinin Portuqaliya nəhəngi ilə müqaviləsində 80 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.
“Sportinq” İvan Fresnedanı 2023-cü ilin yayında “Valyadolid”dən 9 milyon avroya transfer edib.