“Artıq “Real”la müqavilə bağlamışdım, lakin sonra…”

Allsport.az xəbər verir ki, İtaliya millisinin sabiq futbolçusu Andrea Pirlo 2006-cı ildə “Real”a keçə bilərdi. Keçmiş futbolçu bu haqda öz fikrini bildirib:

“Kalsiopolidən (İtaliya futbolunda qalmaqal, bunun nəticəsində nəhəng klublar müxtəlif cəzalara məruz qalmışdır) sonra biz dünya çempionatını təzəcə qazanmışdıq və İtaliya futbolunun başına nə gələcəyini bilmirdik.

Artıq “Real”la müqavilə bağlamışdım, lakin sonra “Milan” “A” seriyasında və çempionlar liqasında qaldı və mən “rossonerlilər”ə keçdim”.

Həmin kateqoriyadan