Artur Beteriyev müsəlmanlara müraciət edib

Allsport.az xəbər verir ki, rusiyalı məğlubiyyətsiz boksçu Artur Beteriyev sosial şəbəkələrdəki səhifəsində müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edən yeni paylaşım edib.

“Sevimli anam və mən bütün dindar müsəlmanları mübarək Ramazan ayının gəlişi münasibətilə təbrik edirik. Uca Yaradandan rəhmət, bağışlanma və lütf diləyirik. Bu mühüm və xüsusi ay imanımızı gücləndirsin, böyük və kiçik günahlardan təmizlənməyə səbəb olsun” yazıb.

Həmin kateqoriyadan