- Baxış sayı: 28
- 29 Sentyabr 2023 11:23
- Baxış sayı: 33
- Sentyabr 28, 2023
- 0
Allsport.az xəbər verir ki, 3×3 basketbol üzrə dünya qadın seriyasının “Astara” mərhələsində iştirak edəcək 12 komanda 4 qrupda mübarizə aparacaq. A qrupu (Almaniya, Misir, Ukrayna), B qrupu (Çin, Çex respublikası, Avstriya), C qrupu (Polşa, klub “Yuanda”, Azərbaycan), D qrupu (Rumıniya, Macarıstan, klub “Neftçi”).
Reqlamentə əsasən qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. “Astara” mərhələsinin açılış oyunu 20 may saat 12:40 -da Almaniya və Ukrayna seçmələri arasında baş tutacaq. Yığma komandamızın qrupdakı ilk oyunu saat 13:30 -da Polşa millisinə qarşı, “Neftçi” klubunun oyunu isə saat 13:55 -də Rumıniya seçməsinə qarşı olacaq.