ATFF icraiyyə komitəsinin iclası

Azərbaycan tələbə futbol federasiyası (ATFF) ictimai birliyi icraiyyə komitəsinin növbəti iclası keçirilib.

Allsport.az xəbər verir ki, ATFF-nin prezidenti Firudin Qurbanov tələbə futbolunun 2023-cü il mövsümünün yekunlarına dair çıxış edib.

Gündəlikdə duran əsas məsələlər barədə fikirlərini bildirən F.Qurbanov federasiyanın 2021/2025-ci illər inkişaf konsepsiyasının müddəaları ilə bağlı zəruri məsələlərə toxunub, tələbə futbolunda görülmüş işləri və həyata keçirilməsi vacib olan tədbirləri qeyd edib.

Daha sonra ATFF-nin icraçı direktoru Elnur Abdullayev 2023-cü il ərzindəki fəaliyyət haqqında federasiyanın hesabatını təqdim edib.

Baş katib Lətif Novruzov ilk dəfə ölkəmizdə keçirilən Azərbaycan tələbə liqasının ötən ildəki fəaliyyətinin yekun hesabatını səsləndirib.

İclasda gündəlikdə duran cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda Naxçıvan muxtar respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirin keçirilməsi üçün hazırlıq işlərinə başlanılması qərara alınıb.

Həmin kateqoriyadan