- Baxış sayı: 42
- 30 Sentyabr 2026 16:45
- Baxış sayı: 128
- Sentyabr 29, 2026
- 0

Beynəlxalq autizm mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar.
Allsport.az xəbər verir ki, “Palms sports” futbol mərkəzində təşkil olunan görüş zamanı qonaqlar əvvəlcə təlim-məşq bazası ilə tanış olublar.
Daha sonra Anatoli Banişevski adına iclas otağında şagirdlərə klubun tarixi barədə məlumat verilib və video-süjet nümayiş etdirilib.
Görüş zamanı uşaqlar futbolçularla müxtəlif oyunlarda iştirak edib, komandanın məşqini izləyib və hazırlığın bir hissəsində futbolçularla birlikdə meydana çıxıblar.
Sonda qonaqlara “Neftçi” tərəfindən xüsusi hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.