- Baxış sayı: 34
- 19 İyun 2026 20:30
- Baxış sayı: 40
- İyun 19, 2026
- 0

“Bulvar” mehmanxanasında “Futbol matçları zamanı təhlükəsizlik və mühafizə məsələləri” üzrə seminar təşkil olunub. Allsport.az saytı xəbər verir ki, UEFA-nın rəhbərliyi ilə keçirilən toplantı Bakıda 2020-ci ildə Avropa çempionatının final mərhələsinin 4 oyununa hazırlıq məqsədi daşıyıb.
Yığıncaqda Daxili İşlər Nazirliyinin əməkdaşları, Premyer liqası və 1-ci divizion klublarının mühafizə xidmətinin rəhbərləri, klublarda azarkeşlərlə əlaqələndirici şəxslər, fan-klub nümayəndələri, AFFA, PFL və AFFA-nın nəzdində olan stadionların əməkdaşları, Premyer liqa oyunlarına təyinat alan AFFA nümayəndələri və Bakı-2017 İslam Həmrəyliyi oyunlarının yerli təşkilat komitəsinin nümayəndələri iştirak ediblər.