- Baxış sayı: 35
- 25 Aprel 2024 23:15
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 6-cı günündə 1/4 finalda rinqə çıxan Azərbaycan millisinin daha bir üzvü döyüşünü qələbə ilə başa vurub.
İlk qarşılaşmasında irlandiyalı Patrik Makkennaya qalib gələn Amin Məmmədzadə, bu dəfə gücünü ermənistanlı Aren Aslamazyana göstərib. 51 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz hər 3 raundda rəqibindən üstün olub. Erməni idmançını 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən Məmmədzadə rəqibini vaxtından əvvəl yarışdan kənarlaşdırıb.
O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən ikinci boksçumuz olub. Amindən öncə Kənan Babayev (48 kq) Avropa birinciliyində 1/4 final döyüşünü qələbə ilə bitirdiyindən Sofiyadan mükafatla ayrılacağını rəsmiləşdirib.